SPONSORLAR

Təşkilati dəstək

Missiyamız İnsanlıq, qayğıkeşlik və mərhəmətlik prinsiplərini rəhbər tutaraq, hər bir üzvümüzü fərdi yanaşma əsasında beynəlxalq standartlara uyğun yüksək səviyyəli, komfortlu və keyfiyyətli tibbi qayğı ilə əhatə etmək. Keyfiyyət Siz Azərbaycanda və dünyanın qabaqcıl ölkələrində əlçatan olan ən yüksək səviyyəli və keyfiyyətli tibbi yardım almağa layiqsiniz. Konfidensiallıq Xəstəliyinizlə bağlı bütün məlumatlar məxfi saxlanılır və müalicə-diaqnostika konfidensial şəraitdə aparılır. Fərdə yönəlik tibbi qayğı (eng. personalized medicine) Fərdi xüsusiyyətlərə və ehtiyaclara uyğunlaşdırılmış, əziyyətsiz, gərginliksiz və uzun növbələrsiz, komfortlu və keyfiyyətli tibbi xidmətlər.

Təşkilati dəstək

Nevroloqların Milli Assosiasiyası

Təşkilati dəstək

Azərbaycan Tibb Universiteti - minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, həmçinin alimlər yetişdirən elm ocağıdır. Burada tədris prosesi birbaşa olaraq elmi tədqiqatlar, səhiyyədə əldə olunan nailiyyətlər ilə sıx əlaqəlidir. Azərbaycan Tibb Universiteti (ATU) 1930-cu ildə Bakı Dövlət Universitetinin (BDU) tibb fakültəsinin bazası əsasında yaradılmışdır. Bu baxımdan, BDU-nun tibb fakültəsinin varisi sayılan universitetimiz özündə az qala 100 illik bir tarixi ehtiva edir. Yarım əsrdən çoxdur fəaliyyətdə olan Azərbaycan Tibb Universiteti hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən iri elm və tibb ocağıdır. Universitetimizin elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilmişdir ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan yaradır. ATU-nun hazırda mövcud olan 4 klinikaları ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası vardır. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2500 tələbəni qəbul etmək imkanına malikdir. Burada universitetin bir sıra nəzəri kafedraları, internet mərkəzi, 1 milyona yaxın kitab ehtiyatı olan unikal kitabxanası və "Təbib" nəşriyyatı yerləşir.